İtaliyalı turist Kubada meymunçiçəyindən ölüb

İtaliyalı turist Kubada meymunçiçəyindən ölüb

Meymunçiçəyinə yoluxan italiyalı turist Kubada vəfat edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Kubanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, vəziyyəti kəskin ağırlaşan pasient xəstəxanada dünyasını dəyişib. Avqustun 15-də Kubaya gələn 50 yaşlı turist 3 gün sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məhkəmə tibb ekspertizası pasientin pnevmoniya və orqan çatışmazlığından dünyasını dəyişdiyi qənaətinə gəlib. Bu, Kubada meymunçiçəyindən ilk ölüm hadisəsidir.

İtaliyalı turistlə təmasda olan bütün həkimlər karantinə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə