Trass nüvə silahından istifadəni istisna etmir

Trass nüvə silahından istifadəni istisna etmir

...Boris Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri olduğunu iddia edən İngiltərə Xarici İşlər Naziri Liz Trass, lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Times radiostansiyasına istinadən xəbər verir.

“...Hesab edirəm ki, bu, baş nazirin vacib vəzifəsidir. Mən bunu etməyə hazıram”.

Qeyd edək ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Birmingemdə Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşdə Böyük Britaniya üçün təhlükə yaranarsa, nüvə silahından istifadənin mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş nazirinin sədri postu uğrunda mübarizədə xarici işlər naziri Liz Trass keçmiş maliyyə katibi Rişi Sunakı əhəmiyyətli fərqlə məğlub edə bilər.

Onu da bildirək ki, Trass 66, Sunak isə cəmi 34 faiz səs toplaya bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə