Nikol getməlidir!

İrəvanda Respublika meydanında müxalifətin “İstiqlal Hərəkatı”nın mitinqi keçirilib.

SİA TASS-a istinadən xəbər verir ki, tədbir zamanı hərəkatın lideri Edqar Qazaryan Milli Assambleyanın hazırkı baş nazir Nikol Paşinyana etimadsızlıq səsverməsi keçirəcəyini bildirib.

Qazaryan, Paşinyanla mübarizənin Milli Assambleyada aparılmalı olduğunu, parlamenti isə baş nazirə etimad göstərməməyə çağırıb. Onun sözlərinə görə, bütün bunlar yaxın bir neçə gündə baş verməlidir.

Hərəkat liderinin sözlərinə görə, parlamentdə yeni baş nazirin seçilməsi məsələsi müzakirə olunanda növbəti mitinq çağırılacaq.

“Mən sizi növbəti mitinqə yalnız parlamentin həyətində, yalnız yeni baş nazirin seçilməsi məsələsinin müzakirə olunacağı gün çağıracağam. İndi isə biz deputatların hərəkətlərini və qərarlarını gözləyəcəyik”.

Bunu deyən Kazaryan Azərbaycan prezidenti ilə növbəti görüşə Ermənistandan Nikolun yox, artıq onun yerinə gələcək başqa bir liderin getməli olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə