Ermənilər hələ də ölkədən qaçır..?

Ermənilər hələ də ölkədən qaçır..?

...Müxalifət mitinqlərdə təhlükələrdən danışanda çoxları məsələnin tam dərinliyini dərk etmədi. Elə bir məsələ qalmadı ki, müqavimət hərəkatı, parlamentdəki iki müxalifət fraksiyaları öz mövqelərini bildirməsinlər, addım atmasınlar, fəaliyyət göstərməsinlər. Noyabrın 9-dan sonra biz hər gün deyirik ki, bu şəxs, yəni Nikol Paşinyan hakimiyyətdə qalarsa, itkilərimiz də o qədər çox olacaq.

Necə deyərlər, həmən dalğa, həmən “kordinat”.

Qeyd eək ki, bunu Daşnaksütyunun ali orqanının nümayəndəsi, “Hayastan” fraksiyasının deputatı, Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan Respublika meydanında jurnalistlərə müsahibəsində bildirib.

“...Sentyabrın 2-də “artsax”ın Müstəqillik Günü münasibətilə diaspor, Artsax və Ermənistanda mitinqlər keçirəcək. Nikol Paşinyanın istefa tələbi ilə planlaşdırılan mitinqə gəlincə, biz artıq bəyan etmişik ki, bu hakimiyyətə qarşı vicdanlı və ədalətli mübarizəyə başlayan istənilən qüvvəni dəstəkləyəcəyik”.

Qeyd edək ki, bunu da ötən gün sadə ermənilərin ən çox “nifrət bəstələdikləri” İşxan Saqatelyan deyib.

Təbii ki, bu gün Ermənistanda bir-para “müxalifətçinin” Nikolun getməsi ilə bağlı çağırışları elə də bir yenilik deyil.

Məsələn, bir müddət bundan əvvəl Ermənistanın keçmiş prezidenti və parlamentdəki müxalifət fraksiyasının rəhbəri Robert Köçəryan da “gözəl bir açıqlama” ilə çıxış etmişdi. Belə ki, o əminliklə, Ermənistamda hakimiyyət dəyişən kimi həyatın da “gözəlliyə doğru düzələcəyini” bildirmişdi.

Əslində, bu onun hakimiyyətə gəlmək üçün ermənilərə verdiyi çoxsaylı yalan vədlərdən başqa bir şey deyildi. Yadınızda olmalıdır, o vaxt Köçəryan hakimiyyətə gələcəyi təqdirdə... Şuşa və Xocavəndi də “geri alacağına” söz verirdi.

...Gərək ki, belə bir deyim var,..deyirlər siyasətçinin reallığa əsaslanan arqumentləri olmadıqda o həmişə yalan danışır. Bəlkə də bunu ermənilərə şamil etmək düzgün olmazdı, çünki bu xalq üçün bu səpkili yalanlar uydurmaq artıq vərdiş halını alıb.

...Amma etiraf edilməlidir ki, Ermənistanın bugünkü reallıqları başqa şeylərdən xəbər verir. Məsələn, ötən gün İrəvandakı Respublika meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən növbəti mitinqdə erməni siyasi xadim Avetik Çalabyanın cəzaçəkmə müəssisəsindən göndərdiyi məktub oxunub.

Məktubda deyilir ki, Ermənistanda Müstəqillik Bəyannaməsinin qəbulundan 32 il keçib və biz bu gün guya müstəqil dövlət olsaq da, amma Ermənistanın suverenliyi süni xarakter daşıyır və tənəzzül etməkdə davam edir.

...Bu gün ölkəmizin guya inkişaf etdiyini deyirik, amma bu “inkişaf” ölkədən qaçan ermənilərin hələ də qabağını ala bilmır, yəni onlar bu gün də ölkədən getməyə davam edirlər.

...Biz taleyüklü dilemma qarşısındayıq: ya müstəqillik anlayışına yeni həyat, məna kəsb etməliyik, ya da hər gələn ildən suverenliyimizin daha da azalacağı ilə bağlı tutqun fikirlə barışmalıyıq...

...Nə yadımdaykən deyim ki, 23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul edərək Ermənistanı “müstəqil”... etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə