“5-10 qış çətin keçəcək”

Belçikanın baş naziri Aleksandr de Kroo (Alexander de Croo) enerji qiymətlərinin artması səbəbindən 5-10 qışın çətin keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, Zebrüqqe limanına səfəri zamanı jurnalistlərə açıqlama verən de Kroo artan enerji xərclərinin Belçika üçün uzunmüddətli iqtisadi çətinliklər yaradacağını bildirərək deyib: “Qarşıdakı 5-10 qış çətin keçəcək. Avropanın hər yerində çox çətin vəziyyət var. Enerji qiymətlərinin artması səbəbindən bəzi sektorlar ciddi problemlərlə üzləşib. Ən pisə hazır olmaq lazımdır. Vəziyyəti yaxından təqib edirik”.

Qeyd edək ki, Belçika iqtisadiyyatı, xüsusilə enerjidən intensiv istifadə edən sektorlarda artan enerji qiymətlərindən təsirlənib. Bəzi sektorlarda istehsal gücü yarıya qədər azalıb. Ölkədəki təbii qazın təxminən dörddə biri sənaye obyektlərində istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə