Meksikada öküz yarışı zamanı 9 nəfər xəsarət alıb

Meksikada öküz yarışı zamanı 9 nəfər xəsarət alıb

Meksikada keçirilən öküz yarışı zamanı 3-ü ağır olmaqla ümumilikdə 9 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buğa yarışı zamanı öküzlərdən biri buynuzuna taxdığı adamı bir neçə metr sürükləyib.

Hadisə yerinə cəlb olunan sağlamlıq qrupları tərəfindən yaralılar dərhal xəstəxanaya aparılarkən, 6 yaralının müalicələrinin ardından evə buraxıldığı bildirilib. Yarış zamanı iki öküz üz-üzə toqquşub və yerə yıxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə