Fransada bəzi enerji reklamı qadağası qüvvəyə mindi

“Le Figaro”nun yazdığına görə...
Fransada bəzi enerji reklamı qadağası qüvvəyə mindi

Fransada şirkətlərə 22 avqustdan etibarən qalıq yanacaqlardan əldə edilən enerjinin reklamı qadağan edilib.

“Le Figaro”nun yazdığına görə, 2021-ci ildə qəbul edilən iqlim qanununa əsasən, şirkətlər bundan sonra neft məhsullarını, kömürdən əldə edilən enerjini və karbohidrogenlər də daxil olmaqla mədən enerjisini reklam edə bilməyəcək.

Avropanın ətraf mühit qanunlarının təsdiqlənməsi səbəbindən qaz bu qadağaya daxil edilməyib və şirkətlər 30 iyun 2023-cü ilə qədər qazla təmin edilən enerjini reklam edəcəklər.

1 yanvar 2023-cü ildə bu qadağanın ikinci mərhələsi qüvvəyə minəcək. Bu çərçivədə artıq şirkətlərin məhsullarının reklamında “sıfır karbon” ifadəsini işlətməsi mümkün olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, iqlim dəyişikliyi ilə mübarizə prezident Emmanuel Makronun aprel ayında prezident seçkiləri kampaniyasında verdiyi əsas vədlərdən biri idi. Müxalifət onu ətraf mühit siyasətində səmimi olmadığına görə tənqid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə