Nə bilmək olar, bəlkə bir az da rus saytları şişirdir, amma...
Beləliklə, rus saytlaın yazdığına görə, Avropada qazın qiyməti tarixi ən yüksək həddinə çatıb. Belə ki, yanacağın qiyməti 1996-cı ildən bəri ilk dəfə olaraq rekordu qırıb. Deyilənlərə görə, bunu ICE London Fond Birjasının məlumatları sübut edir. Beləliklə, qazın təxmini qiyməti min kubmetr üçün 2861,6 dollar təşkil edib.
SİA bu barədə rus saytlarına istinad edir.
Avqustun 22-də keçirilən sessiyada Hollandiyanın TTF qovşağında çatdırılma üzrə sentyabr fyuçerslərinin hər kilovat-saatı 291,8 avroya və ya min kubmetr üçün 3 086,62 dollara başa gəlib.
Belə ki, ötən gün ərzində artım 19,3 faiz təşkil edib.
Qeyd edək ki, qiymət artımı Rusiya qazının “Şimal axını” qaz kəməri ilə Avropaya nəqlində davam edən problemlər fonunda baş verib. Avqustun 19-da qaz kəmərinin yeganə turbinində aparılan təmir-bərpa işləri ilə əlaqədar tədarükün müvəqqəti dayandırıldığı məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB