Vaşinqton Kiyevə gizli silahlar göndərir..?

Vaşinqton Kiyevə gizli silahlar göndərir..?

ABŞ hakimiyyəti Kiyevə hərbi yardımın bir hissəsi kimi adı açıqlanmayan bəzi silah növləri də ötürə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Politico” nəşri yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonda Amerika administrasiyasının Kiyevi məlumat verdiyindən daha çox silahla təmin etdiyi barədə “şayiələr dolaşır”.

Nəşrin yazdığına görə, guya bundan əvvəl Pentaqon sözçüsü keçirdiyi brifinqlərin birində ABŞ-ın bir müddət əvvəl HARM anti-radar raketlərinin Ukraynaya ötürdüyünü etiraf edib.

Bundan əlavə, nəşrin mənbələri iddia edir ki, Kiyevə ötən həftənin sonunda elan edilən yeni hərbi yardım paketinə Pentaqonun yeni tranşla bağlı rəsmi bəyanatında yer almayan “Excalibur” idarəolunan artilleriya mərmiləri də var.

...Və nəhayət, nəşr onu da iddia edir ki, ABŞ administrasiyasının Kiyevə növbəti yardım paketinin ayrılması ilə bağlı Konqresə verdiyi rəsmi bildirişdə Vaşinqtonun Ukraynaya çatdırılmasının əlavə edilmiş siyahıda sadalananlarla “məhdudlaşdırılmadığı” da qeyd edilir.

Maraqlıdır ki, nəşr sonda bunların hamısı fərziyyə hesab edir. ...Çünki administrasiyadan heç kim Ukraynaya məxfi silah tədarükünün mövcudluğunu təsdiqləməməklə yanaşı və hətta ona eyham da vurmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə