O gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin eksperti Mixail Aleksandrov erməni saytına açıqlama verib.
Təbii ki, rus ekspertini də başa düşmək ölar. Açıqlamanı erməni saytlarına verib deyə, onları qane edəcək cavabları da “bol edib”, amma...
Məsələn, Aleksandrov deyir ki, hazırda Rusiyanın başı Ukraynada elə qarışıb ki, Kreml ermənilərə daha əvvəlki “qayğı və nəvazişi” göstərə bilmir. Bundan əlavə, guya Azərbaycan da bölgədəki gərgin vəziyyətdən “yararlanmağa” çalışır(?).
Rus ekspertə görə, əgər sabah Ukraynadakı vəziyyət bir az da gərginləşsə, bu halda Rusiya Qarabağda saxladığı hərbi kontingenti də buradan aparmağa məcbur olacaq(?). Və əgər aparmasa da bu kontingentin heyətini daha da azaldacaq.
Aleksandrovun sözlərinə görə, Bakı bu gün əsl təhlükənin Azərbaycan deyil, Ermənistan olduğunu dünyaya nümayiş etdirmək istəyində istənilən addımı atmağa qadirdir.
Amma hazırda əsas odur ki, Rusiya Federasiyası Ukraynanın Qarabağda keçirdiyi xüsusi əməliyyatdan yayınmamalıdır.
Maraqlıdır ki, bu baxımdan ekspert rəsmi Bakının İrəvana qarşı 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı “pozmaqda”, deyim ki, tərəddüdlə də olsa “ittiham etmək” istəyir.
...Bir daha xatırladım ki, moskvalı ekspert açıqlamanı erməni saytına verir deyə, sonrakı fikirləri daha maraqlıdır.
Deməli, Aleksandrova görə, bu gün bütün hərbi potensialını itirərən Ermənistan Qarabağ uğrunda döyüşmək iqtidarında deyil. Buna görə də, “ermənilər müharibə vəziyyətinə qayıtmaq istəmirlər və dinc həyat naminə Qarabağdan əl çəkməyə belə hazırdırlar”.
...Deyim ki, Sizi bilmirəm, amma çoxlarının professor Aleksandrovun bu fikirlərinə inanacağına da şübhə edirəm.
...Yenə də rusiyalı ekspertə görə, bu gün İrəvanda Qarabağın müdafiəsinə hazır olmaması fonunda, görünür, ermənilər Rusiyanın onların yerinə bunu edəcəyini gözləyirlər. Lakin Ukraynanı nəzərə alsaq, Rusiyanın bunu edə biləcəyi ehtimalı azdır.
...Və nəhayət rusiyalı ekspert erməni saytına danışmasına baxmayaraq, onları anladır ki, əgər sabah bu bölgədə hər hansı bir irimiqyaslı vəziyyət yaranarsa, onun nəticələri Ermənistan üçün çox acınacaqlı ola bilər.
Qeyb edim ki, Aleksandrov bunu ermənilərə xüsusi olaraq xatırladır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB