Misirdə ərəb ölkələri liderlərinin sammiti keçirilib

Misirdə ərəb ölkələri liderlərinin sammiti keçirilib

Yeni Alemeyin şəhərində beş ərəb dövləti – Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, İraq və İordaniya liderlərinin görüşü keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Əbdülfəttah əs-Sisi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyananı, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəni, İraqın Baş naziri Mustafa Kazımini və İordaniya Kralı II Abdullanı salamlayaraq sammitin əsas mövzusunun ərəb ölkələri arasında iqtisadi inteqrasiyanı daha da gücləndirmək olduğunu deyib. O əlavə edib ki, dünyada tüğyan edən iqtisadi böhran və yeni çağırışlar fonunda enerjini, ərzaq təchizatını və maliyyə sabitliyini təmin etmək ən mühüm vəzifədir.

Sammitdə BƏƏ-nin Misir iqtisadiyyatına daha çox sərmayə qoyması, bərpa olunana enerji istehsalının artırılması, ərəb ölkələrinin iri şirkətlərinin əməkdaşlığı məsələləri müzakirə olunub. Qeyd olunub ki, Misir, BƏƏ və İordaniya arasında sənaye sahəsində tərəfdaşlıq proqramı çərçivəsində 3,4 milyard dollar dəyərində 12 layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə