Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell Ukraynadakı taxıl baryerinin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin sayəsində aradan qaldırıldığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, İspaniyanın Menendez Pelayo Beynəlxalq Universitetinin Santander şəhərində təşkil edilən yay kursu zamanı Avropanın gələcəyi ilə bağlı seminarda iştirak edən C.Borell sonra təşkil edilən mətbuat konfransında deyib: “BMT və Türkiyənin təşəbbüsləri ilə Ukraynadan taxıl ixracına başlanması vacib işdir.
Ukraynada taxıl baryeri BMT və Türkiyənin sayəsində aradan qaldırılır. Ümid edirik ki, vəziyyət normallaşacaq. Çünki bəhs etdiyimiz taxıl 20 milyon tondur. Əgər dünyada 20 milyon ton taxıl, günəbaxan bloklanırsa, bu, o deməkdir ki, bir çok insanlar yemək yeyə bilməyəcək.
Ukrayna ilə Rusiya arasında fevralın 24-dən bəri davam edən müharibədə 10 milyon ukraynalı öz ölkəsini tərk edib. Müharibə böyük nəticələrə səbəb olub.
Rusiyadan gələn təbii qaz kəsilməkdədir. Biz qışa yaxşı qaz ehtiyatları ilə giririk, lakin bu, istehlak səviyyəsini eyni saxlayacağımız anlamına gəlmir. Bütün Aİ ölkələri qaz istehlakı vədlərinə əməl etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB