Rusiyanın tanınmış politoloqu və ictimai xadimi Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın qətlinin üstü açılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
SİA FTX-nin məlumatına istinadən xəbər verir ki, jurnalistin qətlini 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovk törədib. Hadisədən sonra o, Estoniyaya gedib.
İstintaq materiallarına əsasən, Natalya Vovk bu ilin iyulunda qızı Sofiya Şaban ilə birlikdə Rusiyaya gəlib. Hadisə günü Vovk Aleksandr Duqin və qızı Darya Duqinanın da iştirak etdikləri festivalda olub. Duqinanın “Toyota Land Cruiser Prado” markalı avtomobilinə yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı qurğunu işə salandan sonra Natalya Vovkun qızı ilə birlikdə Pskov vilayətindən keçərək Estoniyaya getdiyi bildirilir.
Təhqiqat materialları Rusiya İstintaq Komitəsinə verilib.
Xatırladaq ki, avqustun 20-də axşam Aleksandr Duqinin qızı, jurnalist və politoloq Darya Duqinanın avtomobili Moskva vilayətində yolda hərəkətdə olarkən partlayıb. Partlayışdan sonra baş verən yanğın nəticəsində sükan arxasında olan Darya Duqina həlak olub, avtomobil yararsız hala düşüb.
Darya Duqina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB