ABŞ-da qayıqda partlayış olub

ABŞ-ın Florida ştatındakı Halifax Harbour Marinada bir qayıqda partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təhlükəsizlik kamerasına əks olunan hadisədə qayıqda və ətrafda insanların olduğu görülüb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.

Qəzada sağ çiynindən, qolundan və ayağından yaralanan 50 yaşlarında qadın təyyarə ilə Orlando Regional Tibb Mərkəzinə çatdırılıb, digər 3 yaralı isə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Daytona Beach Yanğınsöndürmə İdarəsinin sözçüsü Saşa Staton yanğının tez bir zamanda söndürüldüyünü açıqlayıb.

ABŞ-ın Florida ştatındakı Daytona Beach şəhərindəki Halifax Harbour Marinada park edilmiş qayıqda partlayış baş verib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə