İraqda ziyarətçilərlə dolu türbə çöküb

İraqda ziyarətçilərlə dolu türbə çöküb

İraqın Kərbəla bölgəsindəki Qəttarat əl-İmam Əli türbəsi içəridə çoxlu ziyarətçi olduğu halda torpaq sürüşməsi nəticəsində dağılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, indiyədək dağıntılar altında qalan 4 nəfərin cəsədi tapılıb.

Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttar əl-İmam Əli hərəminin damı həddindən artıq rütubət səbəbindən torpağın sürüşməsinin təsirindən uçub. Ziyarətçilərin olduğu ərazidə çökmə baş verdiyi üçün çoxlu sayda insanın dağıntılar altında qaldığı təxmin edilir. Xilasetmə işləri davam edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə