Ruslar Alyaskanı geri qaytarırlar..?

Ruslar Alyaskanı geri qaytarırlar..?

Amerikanın “The Hill” onlayn nəşrində çıxış edən Amerika əsilli kanadalı jurnalist Diane Francis guya Alyaskanın Rusiyaya qayıtması üçün yalnız bir şərt olduğunu bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

Son illər Rusiyanın Arktikanın inkişafına ciddi diqqət yetirməsindən narahatlığını ifadə edən Frensis ABŞ-ın uzun illər Arktikaya məhəl qoymadığını və Moskvanın orada özünü ciddi şəkildə gücləndirməsinə icazə verdiyinə də diqqət çəkib.

Ərazisi az qala ABŞ-ın yarısı qədər olan donmuş Şimal Buzlu Okeanı uzun müddətdir diqqətdən kənarda qalıb, deyən Frensis, Kanadanın şimalında praktiki olaraq yaşayışın olmadığını xatırladıb.

Məhz buna görə, hökuməti 1980-ci illərdə Arktikada aşkar edilmiş nəhəng neft və qaz ehtiyatlarının işlənməsini əngəlləyib.

Və Rusiyanın şimal sahilləri, əksinə, daha yaxşı inkişaf edib: yeni şəhərlər və üzən nüvə reaktorları yaradılıb. Rusiya buralarda hətta neft kəşfiyyatına da başlayıb və onun sualtı kontinental şelfinin Şimal Buzlu Okeanın böyük hissəsinin altında uzandığını iddia edir.

Francis bildirib ki, Alyaskanın Rusiyaya qayıtması üçün yalnız bir şərt var. “Bu, cəhənnəm donduğu zaman baş verəcək”.

Bundan əvvəl Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı Alyaska yaxınlığında qeydə alınan Rusiya təyyarəsi ilə bağlı üçüncü hadisəni elan edib.

Komandanlıq, avqustun 8-dən 10-a kimi Rusiyaya məxsus hərbi təyyarənin Alyaskanın Hava Hücumundan Müdafiə Tanıma Zonasında uçuş həyata keçirdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə