ABŞ-ın amfibiya hücum gəmiləri Riqada

Ruslar NATO silahlarında “diffekt” tapıblar..?
ABŞ-ın amfibiya hücum gəmiləri Riqada

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki amfibiya hücum gəmisi Riqa limanına daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “LETA” yayıb.

Agentliyin məlumatına görə, “Arlington” və “Gunston Hall” gəmiləri dəniz piyadaları korpusunun ekspedisiya bölməsi ilə birlikdə Riqaya planlaşdırılan səfər çərçivəsində gəlib.

Məlumata görə, ABŞ səfirliyi hərbi gəmilərin Riqa limanına səfərini “ABŞ və NATO müttəfiqləri arasında sıx və uzunmüddətli münasibətlərin” təsdiqi kimi qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl Varşavada Rusiya “Kinjal”nin Kalininqrad vilayətində yerləşdirilməsinə reaksiya verərək, ruslara NATO Nizamnaməsinin 5-ci maddəsini xatırlatmışdı. “NATO çərçivəsində əməkdaşlıq Polşanın təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır” - deyə Polşanın milli müdafiə nazirinin müavini Voytsex Skurkieviç bildirmişdi.

Rusiya Federasiyasının ən qərb regionunda hipersəsli “Kinjal” raketləri olan rus qırıcılarının yerləşdirilməsini şərh edərkən Skurkieviç qeyd edib ki, Varşava “baş verənləri tam başa düşür”.

...Bu arada neçə müddətdən bəri rusların guya Ukraynada ələ keçirdikləri xarici silahları öyrənən rusiyalı mütəxəssislərə istinad edən Rusiyanın mmüdafiə naziri Sergey Şoyqu ələ keçirilən NATO silahlarında zəif cəhətlər aşkar etdiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə