Daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

Daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

Çinin şimal-qərbindəki Qinghai əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Sinxua” agentliyi yayıb.

Hazırda ölü sayı 26 nəfər təşkil edir, daha 5 nəfər isə itkin düşmüş sayılır.

Fövqəladə Hallar Qərargahının məlumatına görə, avqustun 17-də başlayan güclü yağışlar nəticəsində Datonq Hui Tu Muxtar Dairəsində altı kəndin ümumilikdə 6245 sakini zərər çəkib. Datonqda yağan leysan daşqınlara və torpaq sürüşməsinə səbəb olub, çayların məcrasının dəyişməsinə və kəndlərdə daşqınlara səbəb olub.

Bu arada əvvəllər itkin düşmüş hesab edilən 23 nəfər xilas edilib. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və rabitə bərpa olunub, yol və körpülərdə də nəqliyyatın hərəkəti tədricən bərpa edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə