Görüş olmayacaq...

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov Ukrayna ətrafındakı vəziyyət fonunda Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş keçirmək üçün “praktik platforma”nın mövcudluğunu rədd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Financial Times”a verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, Qatilov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu qeyd edərək, dialoqun inkişafı üçün əlindən gələni etdiyini vurğulayıb. Buna baxmayaraq, Rusiya Federasiyasının daimi nümayəndəsi Putin və Zelenski arasında görüş ehtimalı ilə bağlı təklifləri rədd edib.

Onun sözlərinə görə, “bu görüşün keçirilməsi üçün praktiki platforma yoxdur”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı Putin və Zelenski arasında üzbəüz danışıqların təşkilinə köməklik göstərəcəyini bildirmişdi.

Onu da qeyd edək ki, Zelenski artıq dörd dəfə Putinə ikitərəfli sammit keçirməyi təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə