Ermənistanda avtomobil qəzasında 2 hərbçi ölüb

Ermənistanda avtomobil qəzasında 2 hərbçi ölüb

Ermənistanın Sünik vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, Ararat vilayəti sakini Fərhad Akopyanın idarə etdiyi avtomobil Qafan şəhərində yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü və bir sərnişin ağır yaralanıb, digər sərnişin hadisə yerində ölüb. Həkimlərin səylərinə baxmayaraq xəstəxanaya yerləşdirilən sərnişin də dünyasını dəyişib.

Avtomobilin sürücüsü və sərnişinlər eyni yerdə xidmət keçən hərbçilər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə