Rusiyada yol qəzasında ölənlərin 14 nəfəri Qırğızıstan vətəndaşıdır
Rusiyanın Ulyanovsk vilayətində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində həlak olanlardan 14 nəfəri Qırğızıstan vətəndaşıdır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstanın Rusiyadakı səfirliyi məlumatı təsdiqləyib. Səfirliyin konsulluq şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.
Xatırladaq ki, qəza avqustun 21-də gündüz saatlarında “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində baş verib. Yük avtomobili qarşı yola çıxaraq “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə, sərnişin avtobusu iki yük maşınının arasında qalaraq əzilib. Mikroavtobusda olan 18 sərnişindən 15 nəfəri və yük maşınının sürücüsü həlak olublar.
Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması, yaxud halının pisləşməsi səbəbindən baş verdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB