Avtomobilə əldəqayırma partlayıcı qurğu quraşdırılıbmış...

Avtomobilə əldəqayırma partlayıcı qurğu quraşdırılıbmış...

...Jurnalist və politoloq Darya Duqinanın qətli ictimai fəaliyyət motivləri ilə törədilə bilərdi. Amma onun avtomobilinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən partladılması da istisna edilmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu digər rus mənbələri kimi, REN TV-də istisna etməyib.

Qeyd edək ki, sui-qəsd cəhdinin mərhumun atası, filosof, ictimai xadim Aleksandr Duqinlə şəxsi münaqişələri ilə bağlı versiyaları hazırlanır.

Yeri gəlmişkən bu gün 10-dan çox videoregistrator ələ keçirən Rusiya nın hüquq-mühafizə orqanları hazırda onların təhlilini aparırlar. İlkin məlumatlara görə, Duqinanın hərəkətdə olduğu avtomobilə təxminən 800 qram trotil olan zərfsiz əldəqayırma partlayıcı qurğu quraşdırılıb.

Onu da qeyd edək ki, bundan əvvəl Aleksandr Duqin ölən qızı ilə birlikdə son vaxtlar ukraynalı millətçilərdən təhdidlər aldığını, lakin onlara heç bir əhəmiyyət vermədiklərini bildirmişdi.

Bir daha xatırladaq ki, Daria Dugina şənbə günü, avqustun 20-də axşam Moskva vilayətinin Mojaysk şossesində avtomobilin partlaması nəticəsində ölüb. O, “Ənənə” festivalından atasının ondan əvvəl sürməli olduğu avtomobillə qayıdırmış.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə