Musiqiçi Pyotr Lundstrem Dariyanın ölümü ilə nəticələnən ölümün filosof Aleksandr Duqin üçün hazırlandığın istisna etmir. Onun fikrincə, Duqinin qızının avtomobili partladan naməlum şəxslər əslində onun atasının ovuna çıxıblarmış.
SİA bu barədə rus saytlarına istinad edir.
Musiqiçi əmindir. Duqin bu maşını sürməli idi, amma son anda başqasına mindi.
“Kimi öldürmək istəyirdilər? Maşın harada minalanmışdı?” Bunları da Pyotr Lundstrem sual kimi qoyur.
Xatırladaq ki, şəhərətrafı qəsəbələrdə avtomobilin partlaması nəticəsində Avrasiyaçılıq və “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daria Platonova həlak olub. Qeyd edək ki, onun 30 yaşı var idi.
Qeyd edək ki, KİV-in məlumatına görə, “Land Cruiser Prado” yolsuzluq avtomobili Bolşiye Vyazemi kəndi yaxınlığında hərəkətdə olarkən partlayıb. “Моskо́vskiy komsomoles” xəbər verir ki, ilkin olaraq qaz balonunun partlaması versiyasına baxılırdısa, indi kustar üsulla quraşdırılmış partlayıcı qurğunun variantı prioritet hesab olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB