Serbiyada meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 31-ə çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xalq Sağlamlığı İnstitutunun məlumatına görə, Serbiyada ilk yoluxma faktının qeydə alındığı iyunun 17-dən indiyədək 31 nəfərdə meymunçiçəyi virusunun simptomları aşkar edilib. Əvvəlki həftələrlə müqayisədə virusa yoluxanların sayında artım müşahidə olunur.
Xəstəliyin 21-44 yaş arası kişilərdə müşahidə edildiyi, 3 nəfərin xəstəxanada müalicə olunduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunun yayılmasının sürətləndiyini və dünya miqyasında xəstələrin sayının həftəlik müqayisədə 20 faiz artdığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB