Çexiya parlamentinin hər iki palatasının rəhbərliyinin üzvləri, Senatın beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Pavel Fişer və Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Marek Jenişek, nəhayət, Rusiyadan gələn turistlərə Şengen vizalarının verilməsinə qarşı çıxıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bu barədə “Çex Radiosu” məlumat yayıb.
“Avropa İttifaqı ölkələrinin vətəndaşlarının, o cümlədən Çexiya vətəndaşlarının təhlükəsizliyi üçün Rusiya Federasiyası vətəndaşlarına Şengen vizalarının verilməsi tamamilə dayandırılmalıdır. Lakin dəstəyə ehtiyacı olan ruslar üçün yaşamaq və beynəlxalq müdafiə tələbi ilə Avropa İttifaqı ölkələrinə müraciət etmək hüququ qorunmalıdır”.
Bunu Fişer bildirib.
O, həmçinin bəzi Avropa İttifaqı ölkələrinin Rusiya Federasiyasından olan iş adamlarına bu dövlətlərin iqtisadiyyatına yatırdıqları sərmayələr müqabilində vətəndaşlıq və ya yaşayış icazəsi vermək qərarlarını da qalmaqallı adlandırıb. Jenişek əmindir ki, Rusiyaya qarşı ilk sanksiyalardan biri Rusiya Federasiyasından gələn turistlərə Şengen vizalarının verilməsinə qadağa qoyulmalı idi.
Əvvəllər Çexiyanın Avropa İttifaqından olan həmkarları ilə görüşlərin birində bu məsələni müzakirə edəcəyi deyilirdi. Bunun üçün isə dövlətə Avropa İttifaqının xarici xidmətinin rəhbəri Xosep Borrelin razılığı lazım idi.
Bundan əlavə, məhdudiyyətlər bütün 27 Avropa İttifaqı ölkəsi tərəfindən təsdiqlənməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB