...Gərək ki, İngilis dramaturqu Uilyam Şekspirin sözüdür. Deyir boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır.
...Amma, yenə də kimə deyəsən? Erməniyəmi, yox, onlar hələ də gələcək üşün utopik planmı deyək, arzumu deyək “qurmaqda” davam edirlər.
O gün də, rusiyalı politoloqların hansınınsa “rus xalqı müharibədə uduzan hökmdarları heç vaxt bağışlamayıb” deyimini əsas gətirən ermənilər bu dəfə Putinə tezliklə məğlubiyyət arzulamağa başlayıblar.
Təbii ki, ermənilər məqsədlərini də gizlətmirlər. Belə ki, onların dediyinə görə, hazırda Kremldə, Putinin əlinin altında sülənən məmurlar arasında o qaədər ermənini sevən var ki... Yoxlasan, bəlkə də elə çoxlarının anaları ermənidir...
Deməli, ermənilərə görə, Rusiyada Putinin süqutundan sonra demokratik qüvvələrin hakimiyyətə gəlmək ehtimalı çoxdur. Amma, türklər demiş nə yazıqlar ki, ruslar demokratiya məsələsində,... özləri demiş hələ ki, “zelıy”dırlar, yəni yetişməyiblər. Ona görə də, Rusiyada Putindən sonra hakimiyyətə gələcək yeni rəhbərə “demokratiyanın incəliklərini” başa salan biri lazım olacaq. Təbii ki, bu biri də ancaq “böyük erməni xalqının” “demokratik fikirli” nümayəndəsi ola bilər.
Deyim ki, erməilər bunu tam ciddi deyirlər. Yəni onlar buna...artıq iddialıdırlar.
Məsələn, onlar “böyük erməni xalqının” gənc və orta yaşlı nümayəndələrinin dünənə qədər kərpic-sement və dəmir-betonla işləyib Rusiya şəhərlərini “abıra” saldıqlarına diqqət çəkərək bunun artıq ruslar üçün yetərli olduqlarını deyirlər.
...Və bundan sonra ermənilər həm də siyasi mənada Rusiyanın özünü tikintiyə başlasalar, bu çox düzgün olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB