İrəvan meri Hraçya Sarkisyan İşxan Saqatelyanın mitinqlərin, görüşlərin keçirilməsi qaydasını pozduğuna görə məsuliyyətə cəlb olunmasını tələb edir. SİA erməni mənbələrə istinadən xəbər verir ki, İrəvan meri "Müqavimət" müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyanı daha iki cinayət üzrə məhkəməyə verib.
Sarkisyan Saqatelyanın İnzibati Xətalar Məcəlləsinin 180.1-ci maddəsinin 1-ci hissəsi (“Bələdiyyə rəhbərini qanunla müəyyən edilmiş qaydada xəbərdar etmədən və ya bildirişin şərtlərini pozmaqla yığıncaqlar keçirmək”) əsasında inzibati məsuliyyətə cəlb edilməsini tələb edir.
Merin müxalifətçiyə qarşı qaldırdığı ilk iddia hələ iyul ayında məlum olub. 180.1-ci maddənin 1-ci hissəsində nəzərdə tutulur ki, “icma başçısına qanunla müəyyən edilmiş qaydada məlumat vermədən və ya bildiriş müddətlərini pozmaqla yığıncağın keçirilməsi yığıncağın təşkilatçısı və ya rəhbərini 30 min dramdan 90 min dramadək (100 mantdan 300 manatadək) miqdarda cərimə edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB