Almaniya Ukraynaya əlavə olaraq 3 “Gepard” özüyeriyən artilleriya qurğusu göndərib.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə UNİAN Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bununla Ukrayna ordusunun arsenalındakı “Gepard”ların sayı 15-ə çatıb.
Bundan əlavə Almaniya Ukrayna ordusuna 44 ədəd M113 zirehli transportyoru verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB