Xilas edilən qeyri-qanuni miqrantların sayı 11 min nəfəri ötdü

Türkiye Sahil Mühafizəsi dəstələri nizamsız miqrasiyanın qarşısını almaq və dənizdə qapalı qalanları xilas etmək üçün aramsız fəaliyyət yeridirlər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Böyük ümidlərlə üzdükləri dənizdə Yunanıstan qüvvələri tərəfindən yaxalanan, mühərrikləri söküldükdən, xilasedici jiletləri götürüldükdən sonra Türkiye ərazi sularına qaytarılan nizamsız miqrantlara yenə yardım əli uzadan Türkiye Sahil Mühafizə dəstələri olur.

Sahil Mühafizəsi Komandanlığının internet saytında əks edən məlumatda bildirilir ki, 1 yanvar - 31 iyul 2022-ci il tarixləri arasında Çanaqqala, Balıkəsir, İzmir, Aydın və Muğla sahillərində 9 min 973, İyulda isə 1138 qeyri-qanuni miqrant xilas edilib. 7 nəfərin meyidi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə