ABŞ Ukraynaya daha 800 milyon dollarlıq hərbi yardım ayırır...

ABŞ administrasiyası Kiyevə təxminən 800 milyon dollar məbləğində yeni hərbi yardım paketi hazırlayır və bu, cümə günü, avqustun 19-da rəsmən elan edilə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Reuters” məsələ ilə tanış olan insanlara istinadən xəbər verir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, yardımın ayrılması üçün ABŞ prezidenti Cozef Baydenin Amerika arsenallarından silah ötürməyə imkan verən səlahiyyətlərindən istifadə olunacaq.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Politico” nəşri Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun araşdırmasına istinadən iyulda altı ən böyük Avropa ölkəsinin Ukraynaya yeni ikitərəfli hərbi vədlər verməmsi barədə yazmışdı.

Nəşrin fikrincə, Ukraynaya göstərilən hərbi yardım həcminin azaldılması daha çox riskindən xəbər verə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə