Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov Timonovo kəndindəki sursat anbarında baş verən yanğının nəticələrindən danışıb. O, yerli sakinlərin xəsarət almadığını vurğulayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, region rəhbəri öz Telegram kanalında son məlumatlara görə, ölən və zərərçəkənlərin olmadığını bildirib.

Onun sözlərinə görə, rayon rəhbərliyi kənd sakinlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür. Xüsusilə, əhali ən yaxın Soloti və Timonovo yaşayış məntəqələrindən təxliyə edilib.

Qubernator onu da əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində növbə çəkirlər.

Qeyd edək ki, Vyaçeslav Qladkov daha əvvəl Staraya Nelidovka yaxınlığındakı anbarda baş verən yanğından da danışıb.

O, bu hadisədən də nə əhaliyə, nə də mənzil fonduna təsir dəymədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə