Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib

Ukraynanın paytaxtı Kiyev şəhərində 55 ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətini bərpa ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Çərşənbə günü (17 avqust – Red) prezident Qırğızıstan, Rumıniya, Belçika və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib.

Diplomatlarla görüşdə Zelenski diplomatik missiyaların tam hüquqlu işinin vacibliyini qeyd edib və xarici tərəfdaşları Ukraynaya dəvət edib. Eyni zamanda o bildirib ki, Kiyev onların təhlükəsizliyinə zəmanət verir.

Bütün xəbərlər Facebook səhifəmizdə