Qərb mətbuatı ruslara Şengen vizalarının verilməsini qadağan etmək ideyasını fəal şəkildə müzakirə edir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq təklifi getdikcə geniş təbliğ olunur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazıb.

Əvvəla bildirək ki, Estoniya ölkəyə giriş qadağası ilə bağlı təklif olunan ideyaları artıq həyata keçirir vəartıq Finlandiya da bu istiqamətdə addımlar atmaqdadır.

Rus saytlarının yazdığına görə, bu məsələ ilə bağlı Çexiya daha uzağa gedib. Belə ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bir neçə gün sonra bu ölkə rus və belaruslara viza verilməsini dayandırıb.

Maraqlıdır ki, bunu utanverici adlandıran “The Wall Street Journal”ın əməkdaşı Uilyam Nattras Avropa ölkələrinin bu qərarını pisləyib. O, bundan, ilk olaraq, sadə vətəndaşların əziyyət çəkdiyini bildirib.

“...Ruslara viza verilməsinə qadağa Qərbin azadlıq və tolerantlıq prinsiplərinə ziddir”.

Qeyd edək ki, bunu da Uilyam Nattras bildirib.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti rusların Estoniyaya girişinə qadağa qoyulmasını demensiya adlandırmışdı: “Bu təşəbbüs mənasızdır, çünki Estoniyanın verdiyi vizalar Şengen zonasının digər ölkələrində də etibarlıdır və Tallinin ona daxil olan digər dövlətlərin giriş icazələrinə məhəl qoymamaq hüququ yoxdur”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə