Yanukoviç və oğlu Aleksandra qarşı sanksiyalar...

...bu dəfə İsveçrədən

İsveçrə Rusiyanın xüsusi hərbi əməliyyatını dəstəklədiyi üçün Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Beləliklə, İsveçrə Ukraynanın keçmiş prezidenti Yanukoviç və onun oğluna qarşı sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) sənədinə istinadən xəbər verir.

Qeyd olunur ki, sanksiyalar İsveçrə ərazisinə girişi qadağan edir və həmçinin, əgər varsa, ölkədəki aktivləri bloklayır.

Xatırladaq ki, avqustun 4-də Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Yanukoviç və oğluna qarşı yeni sanksiyalar tətbiq edib.

...Hələ iyun ayında Ümumi Yurisdiksiya üzrə Avropa Məhkəməsi Avropa İttifaqı Şurasının Yanukoviç və oğlunun aktivlərinin dondurulması müddətinin uzadılması barədə qərarını ləğv edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə