Nüvə təhlükəsi zamanı ən yaxşı qorunan ölkələr...

Nüvə təhlükəsi zamanı ən yaxşı qorunan ölkələr...

ABŞ-ın Nyu-Cersi ştatının Rutgers Universitetinin alimləri bildiriblər ki, Avstraliya və Argentina coğrafi mövqelərinə görə nüvə müharibəsi təhlükəsi ilə ən yaxşı şəkildə mübarizə aparacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri “Nature Food” jurnalında dərc olunub.

Araşdırmaçılar iddia edirlər ki, Avstraliya və Argentina atmosferə ən çox miqdarda his buraxsa belə, optimal qida qəbulunu davam etdirəcək.

Bundan əlavə, araşdırmanın nəticələri Yeni Zelandiyanın da ən az təsirə məruz qalacağını göstərib.

Qeyd edək ki, Rutgers Universitetinin amerikalı alimlərinin fikrincə, Rusiya ilə ABŞ arasında tammiqyaslı nüvə müharibəsi 5 milyarddan çox insanın ölümünə səbəb olacaq. Tədqiqatda ABŞ və onun müttəfiqlərinin Rusiya ilə müharibəsinin nəticəsi atmosferə 150 ​​teraqramdan (165 milyon tondan çox) çox his buraxaraq planetdə “nüvə qışı”na səbəb olacaq.

…Rus saytları yenə də “malalayırlar”.

Guya,.. Moskva dəfələrlə “xox” gəlməyinə baxmayaraq, amma nüvə silahından istifadə etmək planının olmadığını bildirib. Belə ki, avqustun 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Donbassın mülki əhalisini qorumaq üçün xüsusi əməliyyat zamanı nüvə silahından istifadə etmək fikrində olmadığını deyib.

Xatırlayırsınızsa bir müddət bundan əvvəl, prezident Putindən sonra, avqustun 2-də Rusiya Xarici İşlər Nazirliyi də nüvə müharibəsində qaliblərin ola bilməyəcəyini bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə