...Avropa bazarında Rusiyanın Ukraynadakı hərbi əməliyyatının başlamasından sonra vəziyyəti pisləşən enerji resursları çatışmazlığı səbəbindən Britaniya Avstraliyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməyə başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu
“Bloomberg” dəniz gəmilərinin izləmə məlumatlarının təhlilinə əsaslanaraq yazır.
Nəşrin yazdığına görə, mayeləşdirilmiş təbii qaz daşımaq üçün nəzərdə tutulmuş “Attalos” tankeri Britaniyaya yollanır. Avqustun 22-də o, Kentdəki “Isle of Grain” terminalına gəlməlidir. “Kpler” analitik şirkətinin məlumatına görə, tankerin göyərtəsindəki qaz Avstraliyanın Şimal-Qərb Şelfindəki yataqlardan birində hasil edilib.
Şrkətin məlumatına görə, Britaniya və kontinental Avropa adətən Qətərdən, ABŞ-dan və daha az hallarda Perudan mayeləşdirilmiş təbii qaz idxal edir.
Amma Asiya-Sakit okean regionundan Böyük Britaniyaya çatdırılma yüksək nəqliyyat xərcləri səbəbindən demək olar ki, yoxdur.
Qeyd edək ki, Avstraliya Avropa ölkələrinə qazı sonuncu dəfə 2016-cı ildə tədarük edib.
Yeri gəlmişkən xatırladaq ki, Avropada ticarət zamanı qazın qiyməti martın əvvəlindən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 2600 dolları ötüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB