Nigeriyada daşqınlar: 50 nəfər ölüb

Nigeriyanın Jiqava əyalətində davam edən leysan yağışların səbəb olduğu daşqınlarda 50 nəfər həyatını itirib.
Nigeriyada daşqınlar: 50 nəfər ölüb

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) Jiqava üzrə Baş katibi Alhaji Yusuf Sani Babura mətbuata açıqlamasında, ştatın 27 bölgəsində davam edən leysan yağışların daşqınlara səbəb olduğunu, nəticədə 50 nəfərin həyatını itirdiyini, çox sayda insanın yaralandığını bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, yüzlərlə evin dağıldığını ifadə edən Babura, hökumətin minlərlə fəlakətzədəni 11 müvəqqəti düşərgədə, bəzilərini isə ictimai binalarda yerləşdirdiyini, onları dərman və qida kimi humanitar yardımlar ilə təmin etdiyini bildirib.

Qeyd edək ki, İqlim dəyişikliyi və ətraf mühit üzrə ekspertlər ölkə üzrə 53 milyon insanın daşqın təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə