Çin Tayvan boğazında təlimləri bərpa edir

ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti Tayvana getdikdən sonra Çin Tayvan boğazında təlimləri yenidən bərpa edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən 12 gün sonra ABŞ-dan daha bir yüksək səviyyəli nümayəndə heyəti Tayvana gedib.

Tayvan Xarici İşlər Nazirliyi ABŞ-ın Massaçusets ştatından senator Edvard Markinin başçılıq etdiyi 5 nəfərlik nümayəndə heyətinin dünən axşam saatlarında 2 günlük səfər üçün Tayvana gəldiyini açıqlayıb. Ölkədə təmaslarına başlayan nümayəndə heyəti bu gün Tayvan lideri Tsai İnq-ven ilə də görüşüb.

ABŞ nümayəndə heyətinin Tayvana səfərinə sərt reaksiya verən Çin, Tayvan boğazında yenidən manevrlərə başlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə