Putin bundan sonra Kim Çen Inla əsil dost olacaq...

Putin bundan sonra Kim Çen Inla əsil dost olacaq...

...Suda boğulan saman çöpündən belə can dilər..?

Deməli, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Koreyanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik teleqramında ona ikitərəfli münasibətlərin inkişaf edəcəyinə əminliyini bildirib.

Putin Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığın xalqlarımızın maraqlarına cavab verdiyi, Koreya yarımadasında və bütövlükdə Şimal-Şərqi Asiya regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğun gəldiyi fikrini bildirib.

Putin qeyd edib ki, Rusiya Federasiyası və KXDR Qırmızı Ordunun əsgərlərinin və Koreyanın azadlığı uğrunda çiyin-çiyinə vuruşan koreyalı vətənpərvərlərin xatirəsi ehtiramla yad edir.

SİA bu barədə rus saytlarına istinad edir.

Deyim ki, Kim Çen In də öz növbəsində Vladimir Putinə təbrik teleqramı göndərərək, Rusiya Federasiyasının Prezidentinə, Rusiya hökumətinə və xalqına səmimi salamlar göndərib və ona ölkəsinin suverenlik və maraqlarını qorumaq üçün məsuliyyətli işində uğurlar arzulayıb.

...Amma No! Maraqlıdır ki, teleqramların mətnini Koreyanın Mərkəzi Teleqraf Agentliyi yaysa da,.. Kreml onları dərc etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə