Tayvan ətrafında Çinin hərbi təyyarə və döyüş gəmiləri görünüb

Tayvan Müdafiə Nazirliyindən verilən məlumata görə...
Tayvan ətrafında Çinin hərbi təyyarə və döyüş gəmiləri görünüb

Tayvan avqustun 13-də gün boyu adanın ətrafında Çinə məxsus 29 hərbi təyyarə və 6 döyüş gəmisinin göründüyünü bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyindən verilən məlumata görə, adanın ətrafında görünən təyyarələrdən 13-ü Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı hesab edilən hava və dəniz xəttinin şərqinə və Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasının (ADIZ) cənub-qərb hissəsinə uçub.

Çinin hava və dəniz vasitələri elektron izləmə cihazları, patrul təyyarələri, gəmi və yerüstü raket sistemləri ilə izlənilir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2 və 3-də Tayvana səfərindən sonra Çin adanın ətrafındakı 6 bölgədə hərbi təlimlər keçirib, faktiki blokada yaradıb.

Çin ordusu avqustun 10-da təlimlərin başa çatdığını açıqlasa da, Tayvan boğazında hərbi patrul fəaliyyəti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə