Rusiya "terrorun sponsoru" hesab olunur...

...İndiyədək Rusiyanın terrorun sponsoru kimi tanındığı yeganə ölkələr Litva və Latviyadır.

Amma avqustun 11-də Latviya Seyminin deputatları Rusiyanı terrorun sponsoru elan edərək, Avropa İttifaqı ölkələrini ruslara viza verilməsini dərhal dayandırmağa çağırıblar. SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyətinin qərarına reaksiya verərək bunu uzun müddət Latviya xarici siyasətinin “tüninq formasına” çevrilmiş rusofobiyanın növbəti təzahürü adlandırıb.

Rusiya öz növbəsində xəbərdarlıq etməyi də unutmayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya parlamentarilərinə təxribatlara əl atmağı dayandırmağı və öz ölkə vətəndaşlarının mənafeyinə diqqət yetirərək hansı adamlar tərəfindən seçildiklərini xatırlamalarını tövsiyə edib.

... Litva və Latviya parlamentlərinin qərarları Rusiyaya qarşı milli səviyyədə sanksiyalar nəzərdə tutmur. Eyni zamanda, Riqa və Vilnüs Rusiya Federasiyasındakı səfirlərini geri çağıraraq Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb, həmçinin öz ərazilərindəki Rusiya baş konsulluqlarını bağlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə