Almaniyaya təsir edən həddindən artıq isti dalğasının yaratdığı quraqlıq səbəbindən Reyn çayının suyunun səviyyəsi xeyli azalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin mühüm nəqliyyat marşrutlarından biri olan çay nəqliyyatı da kəsilib.
Almaniya Federal Hidrologiya İnstitutunun (BfG) eksperti Bastian Klein Reyn çayında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb. Suyun çəkilmələrinin normal olaraq yazın sonu və payız aylarında baş verdiyini ifadə edən Klein, çayın su səviyyəsinin önümüzdəki həftələrdə daha da azalacağı ilə bağlı xəbərdarlıq edib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB