Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə təxminən iki həftə ərzində yağan güclü yağış və daşqınlar nəticəsində 77 nəfərin öldüyünü açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yəmənin 16 əyaləti və 85 mahalının şiddətli yağış və daşqınlardan zərər çəkdiyini qeyd edən hesabatda 35 min ailənin evlərinə, dolanışıq vasitələrinə və su ehtiyatlarına ziyan dəydiyi bildirilib. Hesabatda qeyd olunub ki, sözügedən dövrdə sel və leysan yağışları nəticəsində aralarında uşaqların da olduğu 77 nəfər həyatını itirib.
Güclü yağışların avqustun 20-dək davam edəcəyi qeyd edilib. Dünyanın ən yoxsul ölkələri sırasında olan Yəməndə vətəndaş müharibəsi səbəbindən illərdir böyüyən humanitar böhran dəhşətli həddə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB