Rüşdiyə “əl qaldıran” tutulub...

Rüşdiyə “əl qaldıran” tutulub...

Nyu York Ştat Polisi Salman Rüşdiyə hücum edənin şəxsiyyətini müəyyən edib.

TASS-ın polis nümayəndəsinin mətbuat konfransına istinadən verdiyi məlumata görə, onun Nyu Cersi ştatının 24 yaşlı sakini Hadi Matar olduğu üzə çıxıb. SİA bu barədə rus saytlarına istinad edir.

Hüquq-mühafizə orqanları Matarın təkbaşına hərəkət etdiyini hesab edir, hazırda bu versiyanı yoxlayırlar. Həmçinin polis və onlara qoşulan FTB hücumun motivlərini müəyyənləşdirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda səhnədə çıxışı zamanı naməlum şəxsin hücuma məruz qalmışdı. Həmən şəxs səhnəyə çıxıb və Rüşdiyə yumruq vurmağa başlamşdı.

“Reuters”in yazıçı Endryu Uaylinin agentinə istinadən verdiyi məlumata görə, Salman Rüşdi süni nəfəs aparatındadır. “Wylie”, yazıçının bir gözünü itirə, qaraciyərinə ziyan vura biləcəyini yazır.

Bundan əvvəl İranın mərhum lideri Ayətullah Ruhullah Xomeyni Rüşdinin ölümünü tələb edən fətva verib. Səbəb onun “Şeytan ayələri” kitabı olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə