"...Egey və Aralıq dənizi sülh və sabitlik üçün dostluq dənizi olacaq"

Hulusi Akar dünən (11 avqust 2022) Anadolu mediasının ortaq yayımında "Anadolu Soruşur" proqramının canlı yayımına qatılaraq gündəmlə bağlı suallara cavab verib.
"...Egey və Aralıq dənizi sülh və sabitlik üçün dostluq dənizi olacaq"

"Ümid edirik ki, Egey və Aralıq dənizi sülh və sabitlik üçün dostluq dənizi olacaq." SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bunu milli müdafiə naziri Hulusi Akar dünən (11 avqust 2022) Anadolu mediasının ortaq yayımında "Anadolu Soruşur" proqramının canlı yayımına qatılaraq gündəmlə bağlı suallara cavab verərkən deyib.

H.Akar Türkiyənin güclü, etibarlı və təsirli bir müttəfiq olduğunu hər kəsin bilməsinin vacibliyini dilə gətirib.

"Sülh və sabitlik üçün Egey və Aralıq dənizinin bir dostluq dənizi olmasını diləyirik. Biz Türkiyənin və Kıbrısdakı (Kipr) qardaşlarımızın hüquqlarını, qanunlarını və mənafelərini qorumaqda qərarlı və əzmliyik. Bunu yerinə yetirmək qabiliyyətimiz də var", deyə nazir qeyd edib.

Bir əsr əvvəl Yunanıstanın iyrənc işğal cəhdinə və qəddarlığına son qoyan Böyük Zəfərin 100-cü ildönümünün qeyd olunacağını xatırladan Akar Yunanıstanın tarixdən dərs almalı, xəyal qırıqlığı ilə nəticələnəcək yeni macəralar ardınca getməməsinin lazım olduğunu vurğulayıb.

H.Akar Suriyaya qarşı mümkün antiterror əməliyyatı ilə bağlı sualı cavablandırarkən bölgədə terrorçulara yer olmadığını, ediləcəklərə qarşı laqeyd və hərəkətsiz qalmayacaqlarını deyib.

Hulusi Akar bölücü terror təşkilatı üzvlərinin Suriya ərazisindən çıxarılması ilə bağlı həm ABŞ, həm də Rusiya ilə müqavilə imzaladıqlarını və bu iki ölkənin razılaşmaya əməl etməli olduqlarını bildirib:

"Xüsusən də son vaxtlar Tel Abyad və Mənbicdən təqib və zorlamalar artıb. Orası eynilə terror yuvasına çevrilib. Əgər belə təqib və hücum cəhdləri olarsa, çəkinmədən onlara eyni şəkildə cavab verəcəyik".

Türkiyənin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki ölkə ilə dialoqda olduğuna diqqət çəkən milli müdafiə naziri Montrö müqaviləsi (1936) çərçivəsində Qara dənizdə həmsərhəd olan ölkələrin sülh, dialoq və firavanlıq içində yaşaması üçün səy göstərdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə