O gün Temza, bu gün Reyn...

Almaniyada Avropada davam edən quraqlıq fonunda Reynland-Pfalts federal əyalətinin Kauba yaxınlığındakı Reyn çayında suyun səviyyəsi rekord həddə - 42 santimetrə enib.

SİA “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə yerli “Süddeutsche Zeitung” qəzeti Su Yolları və Gəmiçilik Federal İdarəsinin məlumatlarına əsaslanaraq yazıb.

Beləliklə, suyun səviyyəsinin gün ərzində beş santimetr aşağı düşdüyü qeyd edilir.

Mütəxəssislər suyun səviyyəsinin azalmağa davam edəcəyi təqdirdə,tezliklə 40 santimetrlik kritik həddə çata biləcəyindən ehtiyat edirlər.

Suyun səviyyəsinin aşağı düşməsi daşımalara da mənfi təsir göstərə bilər. Belə ki, suyun səviyyəsi aşağı olduqda, gəmilərdə daşınan yüklərin miqdarını azaltmaq lazım gələcək. Mütəxəssislər qorxurlar ki, bu nə vaxtsa yük daşınmasını iqtisadi cəhətdən əlverişsiz edə bilər.

...Bundan əlavə, ekoloqlar da çayların faunasına son dərəcə mənfi təsir göstərə biləcək suyun temperaturunun artmasından narahatdırlar. Belə ki, quraqlıq səbəbindən Oder çayında balıqların kütləvi məhvi müşahidə olunur.

Ağasəf Babyev

Bütün xəbərlər Facebook səhifəmizdə