Balkanlarda Covid-19-a yoluxanların sayında artım müşahidә olunub

Balkanlarda Covid-19-a yoluxanların sayında artım müşahidә olunub

Serbiya, Sloveniya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina daxil olmaqla Balkan ölkələrində yeni növ koronavirusa (Kovid-19) yoluxma və ölüm hallarında artım müşahidә olunub.

SİA-nın əldə etdiyi məlumata görə, Serbiya Səhiyyə Nazirliyinin yaydığı bәyanatda sutka әrzindә 7 min 61 yeni yoluxma faktının qeydə alındığı, 14 nəfərin dә öldüyü bildirilib.

Sloveniyada sutka әrzindә 1614 yeni yoluxma faktının qeydә alındığı və 6 nəfərin öldüyü açıqlanıb.

Omicron variantı ilə mübarizə aparan və sutka әrzindә 15 nəfərin öldüyü Xorvatiyada 1583 koronavirusa yoluxma faktının qeydә alındığı bildirilib.

Turizm mövsümünün təsiri ilə Covid-19-a yoluxanların sayında artımın müşahidə olunduğu Monteneqroda isә sutka әrzindә daha 789 nәfәrin virusa yoluxduğu qeyd olunub.

Bosniya vә Herseqovinada isә sutka әrzindә virusa yoluxanların sayı 555-ә, ölәnlәrin sayı isә 6-ya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə