Bu lap adama...yox, yox Çinə sataşmaq oldu

...Bizlərdə onu necə deyirlər...”adımı sənə qoyum, səni yana-yana qoyum”.

Beləliklə, Ağ Ev Çinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı təxribatçı, sabitliyi pozan və görünməmiş addımlar atmağa davam etdiyini bəyan edib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell Tayvan ətrafında vəziyyətlə bağlı xüsusi brifinqdə məlumat verib.

“...Çinin cavabı həddən artıq olub və onun hərəkətləri təxribat xarakterli, sabitliyi pozan və görünməmiş şəkildə davam edir”- deyən Kempbell ABŞ-ın yaxın həftələr və aylarda Asiya-Sakit Okean regionunda sabitliyi qorumaq üçün addımlar atmağı planlaşdırdığını da gizlətməyib.

“...Biz Pekinin davamlı olaraq onları pozmaq cəhdləri qarşısında sülhü və sabitliyi qorumaq üçün sakit və qətiyyətli addımlar atmağa və uzunmüddətli siyasətimizə uyğun olaraq Tayvanı dəstəkləməyə davam edəcəyik. Bir sıra sahələrdə bu addımlar qarşıdakı həftələrdə və aylarda atılacaq, çünki bu, uzunmüddətli vəzifədir”. (...deyim ki, bu lap adama...yox, yox Çinə sataşmaq oldu-A.B.)

Xatırladaq ki, bundan əlavə, Ağ Ev Pekinin etirazlarına baxmayaraq ABŞ-ın Tayvanla əlaqələri dərinləşdirmək niyyətində olduğunu qeyd edib.

...Amma o da maraqlıdır ki, “vahid Çin” siyasətini davam etdirən ABŞ hələ ki, Tayvanın müstəqilliyini dəstəkləmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə