Batan gəminin 30 sərnişindən 20-si boğulub

Batan gəminin 30 sərnişindən 20-si boğulub

Hindistanın mərkəzi Uttar Pradeş ştatındakı Yamuna çayında 30 sərnişini olan gəmi batıb.

TASS-ın “India Today” telekanalına istinadən verdiyi məlumata görə, onlardan 20-si dünyasını dəyişib. SİA bu barədə rus saytlarına istinad edir.

Verilən məlumata görə, hadisə yerində xilasetmə əməliyyatı aparılır. Yerli xilasetmə xidmətinin məlumatına görə, faciə qurbanlarının sayı arta bilər.

Qeyd edək ki, ötən həftə Yamalo-Nenets Muxtar Dairəsində 9 sərnişini olan motorlu qayıq da çayda aşmışdı. Həmən hadisədə bir uşaq da daxil olmaqla 3 nəfər ölüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə