Hulusi Akar özbəkistanlı həmkarı ilə telefonla danışıb

Hulusi Akar özbəkistanlı həmkarı ilə telefonla danışıb

Milli müdafiə naziri Hulusi Akar ilə Özbəkistanın müdafiə naziri general-leytenant Bahadır Kurbanov arasında telefon danışığı olub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamaya görə, görüş zamanı ikitərəfli və regional təhlükəsizlik məsələləri, müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iki qardaş ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı anlayış da vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə